Texasda “Harvi” qasırğasının qurbanlarının sayı 70-ə çatıb

Texasda “Harvi” qasırğasının qurbanlarının sayı 70-ə çatıb
# 06 sentyabr 2017 22:38 (UTC +04:00)

ABŞ-ın Texas ştatında “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 60 nəfərin öldüyü, təqribən 20 nəfərin itkin düşdüyü bildirilirdi.

Texas ştatının qubernatoru Qreq Ebbot qasırğanın fəsadlarının aradan qaldırılmasına 150-180 milyard dollar vəsaitin tələb olunduğunu bildirib. “Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğa olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR