Minsk traktor zavodu Azərbayacana 460 ədəd texnika göndərir

Minsk traktor zavodu Azərbayacana 460 ədəd texnika göndərir
# 27 sentyabr 2017 06:20 (UTC +04:00)

Minsk traktor zavodu (MTZ) bu il ərzində Azərbaycana əlavə olaraq 460 ədəd texnika göndərmək niyyətindədir.

APA-Economics” xəbər verir ki, göndərilən texnikalardan 60-ı pambıqyığan kombayndır.

MTZ-nin baş direktoru Fyodor Domotenko bildirib ki, onun rəhbərlik etdiyi müəssisə Gəncə avtomobil zavodu ilə birgə yığdığı traktorların Türkiyə bazarına çıxarılmasını planlaşdırır. “Detallat MTZ-dən gətiriləcək, yığım isə Gəncədə baş tutacaq. Bu, bizə də, azərbaycanlı tərəfdaşlarımıza da gəlir gətirəcək”, - deyə baş direktor qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR