Tereza Mey İranın nüvə proqramına dair sazişi dəstəkləyib

Tereza Mey İranın nüvə proqramına dair sazişi dəstəkləyib
# 06 fevral 2017 19:07 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Tereza Mey İranın nüvə proqramına dair sazişi dəstəkləyib, lakin rəsmi Tehranın Yaxın Şərq siyasətinə sayıq yanaşmağın vacibliyini vurğulayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş nazirinin mətbuat katibi bildirib.

“Baş nazir qətiyyətlə bəyan edib ki, Böyük Britaniya İranın nüvə proqramına dair sazişi dəstəkləyir”, deyə mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, bu gün Tereza Mey İranla bağlı sazişin ən böyük əleyhdarı olan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR