Azərbaycanda əcnəbilərə verilən iş icazələrinin sayına görə Türkiyə birinci yerdədir

Azərbaycanda əcnəbilərə verilən iş icazələrinin sayına görə Türkiyə birinci yerdədir
# 02 fevral 2018 07:31 (UTC +04:00)

"Azərbaycanda xarici ölkə vətəndaşlarına verilən iş icazələrinin üçdə biri Türkiyə vətəndaşlarının payına düşüb. Təbii ki, bu, belə də olmalıdır".

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

"Əmək müqavilələrinin elektron qeydiyyatı sistemində ən çox xarici ölkə vətəndaşları içərisində Türkiyə ilk pillədədir. Fərdi hesablar sistemində də fərdi hesab sayına görə xarici ölkə vətəndaşları arasında birinci yerdə Türkiyə vətəndaşlarıdır. Türkiyə vətəndaşlarının 16 minə yaxın sosial hesabı var. Bununla da hər iki ölkənin əmək bazarının bir-birinə açıq olmasını demək mümkündür",- deyə S.Müslümov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR