Gəncədə ana ölümü olub

Gəncədə ana ölümü olub
# 22 noyabr 2017 09:51 (UTC +04:00)

Gəncədə uşaq dünyaya gətirən ana vəfat edib.

APA-nın məlumatına görə, Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.

Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Məlumata görə, bu, G. Eyyubovanın 3-cü övladı olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR