"AGBank" ötən ili 35,6 mln. manatlıq zərərlə başa vurub

"AGBank" ötən ili 35,6 mln. manatlıq zərərlə başa vurub
# 23 yanvar 2017 09:19 (UTC +04:00)

2016-cı il IV rübündə "AGBank" ASC-nin cəmi aktivləri 520,003 mln. manat təşkil edib ki, bu da III rübün göstəriciləri ilə müqayisədə 2,6% çoxdur.

"APA-Economics" xəbər verir ki, hesabat dövründə kredit portfeli 1% azalaraq 292,227 mln. manat olub.

Bankın öhdəlikləri isə hesabat dövrünün sonuna 6% artaraq 466,199 mln. manat olub.

Depozit portfeli III rüblə müqayisədə 2,6% artaraq 216,276 mln. manata yüksəlib. Əhalinin əmanətlərinin həcmi isə 158,462 mln. manat təşkil edib ki, bu da rüblük müqayisədə 8,8% artım deməkdir.

Hesabat dövrünün sonuna "AGBank"ın nizamnamə kapitalı 102,200 mln. manat təşkil edib.


Qeyd edək ki, bank ötən ili 35 mln. 629,636 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR