Kreml: Rusiya və Türkiyə prezidentləri İdlib mövzusunda razılığa gəliblər - YENİLƏNİB

Kreml: Rusiya və Türkiyə prezidentləri İdlib mövzusunda razılığa gəliblər  - YENİLƏNİB
# 21 fevral 2020 22:00 (UTC +04:00)

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə , Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Suriyanın İdlib əyalətindəki münaqişə vəziyyətini müzakirə ediblər.

Vladimir Putin ekstremist qrupların aqressiv fəaliyyətlərinin davam etməsindən narahatlığını ifadə edib. Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünə şərtsiz hörmət olunmasının vacibliyi vurğulanıb.

Prezidentlər İdliblə bağlı gərginliyin azaldılmasına, atəşkəsin təmin olunması və terrorçu təhdidlərin neytrallaşdırılmasına istiqamətlənən nazirliklərarası məsləhətləşmələrin aktivləşdirilməsi barədə razılığa gəliblər.

Hərbi nazirliklər vasitəsi ilə təmasların intensiv rejimdə davam etdirilməsi təsdiqlənib",- deyə Kremlin məlumatında qeyd olunub.

O da bildirilib ki, Putin və Ərdoğan telefon danışığı zamanı Liviya münaqişəsinin nizamlanması mövzusuna da toxunublar.

***

20:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, prezıdentlərin bir saata yaxın davam edən danışıqlar yenə İdlib mövzusu ətrafında baş tutb.

Tərəflər iki ölkə arasında bütün razılaşmalara əməl olunmasının vacibliyini vurğulayıb. Liderlər Soçi razılaşmasının tam olaraq tətbiq edilməsi əsasında İdlib probleminin həllinin mümkün olduğunu bildiriblər.

Fərid Əkbərov,

Sevil Ünal Hilalqızı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR