Elmar Məmmədyarov Perunun Azərbaycana təyin etdiyi ilk səfiri qəbul edib

Elmar Məmmədyarov Perunun Azərbaycana təyin etdiyi ilk səfiri qəbul edib
# 06 iyun 2018 14:16 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycan Respublikasına təyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfir Mariya Seoane etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.



E. Məmmədyarov M. Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.



Səfir fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR