Gürcüstan XİN başçısı: “Münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq”

Gürcüstan XİN başçısı: “Münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq”
# 06 sentyabr 2017 11:11 (UTC +04:00)

“Biz münaqişələrin sülh yolu ilə və ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdarıq”.

APA-nın məlumatına görə, bu sözləri Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze azərbaycanlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan və Gürcüstandakı münaqişələrlə bağlı beynəlxalq səylər gücləndirilməlidir.

Üçtərəfli formatdan danışan gürcüstanlı nazir bildirib ki, bu, unikal əməkdaşlıq mexanizmidir: "Üç ölkənin hər biri ilə qarşılıqlı diplomatik münasibətlərinin 25 illiyi qeyd edilir. Biz nümunəvi siyasi, ticari, iqtisadi, insanlararası münasibətlərə nail olmuşuq. Bu, həm də xalqlar arasında öz əksini tapır. Birgə layihələrimiz təkcə üç ölkənin marağını əks etdirmir. Nəqliyyat və enerji sahəsində böyük layihələrin iştirakçısıyıq. Bu layihələr regionun sabitliyinə və inkişafına təkan verir. Biz Bakı-Tiflis-Qars dəmiryolunun açılmasını səbirsizliklə gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR