Gəncədə 81 yaşlı kişi kirayə qaldığı evdə ölüb

Gəncədə 81 yaşlı kişi kirayə qaldığı evdə ölüb
# 23 noyabr 2016 08:05 (UTC +04:00)

Gəncədə ölüm faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə İsaq Cəfərov küçəsi, 6 saylı binada, Eldəniz Əliyevə məxsus mənzildə qeydə alınıb. Bir neçə aydır ki, orada kirayədə qalan 1935-ci il təvəllüdlü Müzəffər Əliyev mənzildə ölüb. Ev sahibi kirayə pulunu gecikdirən yaşlı kişiyə zəng vuranda telefonu bağlı olub. Dərhal polisə məlumat verilib. Hadisə yerinə baxış zamanı mənzildə tək yaşayan yaşlı kişinin bir neçə gün əvvəl öldüyü müəyyənləşib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR