Bu il 3 ayında Bakıda neft hasilatı artıb, qaz hasilatı azalıb

Bu il 3 ayında Bakıda neft hasilatı artıb, qaz hasilatı azalıb
# 08 may 2018 08:43 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Bakının mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,1 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8% artıb.

Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, yanvar-mart aylarında sahənin əsas məhsulu olan xam neftin hasilatı 9,5 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 4,4 mlrd. kubmetr təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 2,2% artıb, qaz hasilatı isə 5,8% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR