Moskvada hündür mərtəbəli binada baş vermiş yanğın söndürülüb

Moskvada hündür mərtəbəli binada baş vermiş yanğın söndürülüb
# 18 iyul 2017 14:11 (UTC +04:00)

Rusiya paytaxtı Moskvada hündür mərtəbəli binada baş vermiş yanğın söndürülüb. APA-nın “RİA-Novosti”-yə istinadən verilən məlumata görə, bu barədə Moskva üzrə FHN Baş İdarə rəisinin müavini Sergey Jeltov deyb. Hadisə yerində 60 yanğınsöndürən və 20 ədəd texnika işləyir. Yanğın bir neçə müddətdir təmir edilən binanın 200 kv m sahəsini əhatə edib. Yanğının baş verdiyi Yeni Arbat adlanan ərazidə 2 km uzunluğunda tıxac yaranıb. Yeni Arbatda yerləşən və xarici görünüşündən açılmış kitabı xatırladan “Kitab evi” 28.9 min kv m olan 26 mərtəbəli binadır. 1968-ci ildə inşa edilən bina Moskva meriyasının balansında olub. 2016-ci ildə bina auksion vasitəsi ilə özəl şirkətlərdən birinə satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR