Bank Of Baku

İşğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanılıb - FOTO

İşğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

© APA | İşğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

# 20 noyabr 2021 10:23 (UTC +04:00)

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə Binə kəndi ərazisindəki stasionar postda “VAZ” markalı avtomobil saxlanılıb. Yoxlamalar zamanı sürücü Ələsgər Mahmudov və sərnişini Şəmistan Süleymanovun müvafiq icazələrinin olmadığı müəyyən edilib.

Həmçinin nəqliyyat vasitəsinə baxış keçirilib, bu zaman yük yerindən avtomobil ehtiyat hissəsi və məişət əşyaları aşkar edilib.

Fatla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR