Nyu-Yorkda uşaq meydançasında baş verən atışma nəticəsində iki nəfər ölüb.
Bu barədə “New York Post” yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın 11-i axşam saatlarında Bruklin rayonunda baş verib.
Hadisə yerinə gələn polis əməkdaşları 33 və 35 yaşlı iki kişini güllə yaraları ilə aşkar ediblər. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, sonradan onların həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar hələlik saxlanılan yoxdur. Polis araşdırmanı davam etdirir.