“Bibliya tarixi” və “Provaslav katixizisi” kitablarının təqdimatı keçirilib

“Bibliya tarixi” və “Provaslav katixizisi” kitablarının təqdimatı keçirilib
# 25 oktyabr 2017 09:46 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasında “Bibliya tarixi” və “Provaslav katixizisi” kitablarının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu cür kitabların Azərbaycan dilinə tərcümə edilməsi və yayılmasına böyük ehtiyac var. Komitə sədri deyib ki, sivilizasiyaların mərkəzində yerləşən Azərbaycanda zaman-zaman müxtəlif dinlər mövcud olub: “Azərbaycan tarixində xristianlıq mühüm yerlərdən birini tutub. Bu gün ərazimizdə olan alban kilsələri xristianlıqdan qalan yadigardır. Hər iki kitabın nəşr olunması xüsusi əhəmiyyətə malikdir. Çünki azərbaycanlılar bu nəşrləri öz dillərində oxuya biləcəklər. Dini mükəmməl bilən insan heç bir zaman radikal qrupların təsirinə düşə bilməz. İnanıram ki, bu kitablar ictimaiyyət tərəfindən yüksək qiymətləndiriləcək”.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və başqaları kitabın əhəmiyyətindən danışıb, hər iki nəşrin çap olunmasını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, kitablarda ümumi məsələlərlə yanaşı, sırf xristianlığa və provaslavlığa məxsus olan Müqəddəs Üçlük və kilsə anlayışları, yevxaristiya ayinlərinin mahiyyəti şərh olunur.

Qeyd edək ki, kitabları Azərbaycan dilinə professor Mayıl Əsgərov tərcümə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR