"İcraçı Kredit Agentliyi" nizamnamə kapitalını 3% azaldıb

"İcraçı Kredit Agentliyi" nizamnamə kapitalını 3% azaldıb
# 22 aprel 2017 08:13 (UTC +04:00)

"İcraçı Kredit Agentliyi" MMC bank olmayan kredit təşkilatının (BOKT) aktivləri 31 dekabr 2016-cı il tarixinə 2 mln. 371,854 min manat təşkil edib ki, bu da qeyd edilən ilin əvvəli ilə müqayisədə 4,93% azdır.


"APA-Economics" "RSM Azerbaijan" MMC tərəfindən aparılan auditin nəticələrinə istinadən xəbər verir ki, ötən il ərzində BOKT-un kredit portfeli 6,69% azalaraq 2 mln. 203,103 min manata çatıb.

Cari ilin əvvəlinə şirkətin öhdəlikləri 71,77% azalaraq 52,204 min manat təşkil edib.

BOKT-un nizamnamə kapitalı il ərzində 2,73% azalaraq 105,933 min manata çatıb. MMC-nin cəmi kapitalı 0,39% artaraq 2 mln. 319,83 min manat təşkil edib.

Şirkət 101,8 min manatlıq kapitalı ehtiyatı yaradıb.

Ötən ilin sonuna BOKT-un 2 mln. 112,097 min manatlıq bölüşdürülməmiş mənfəəti var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR