“Neftçi” xorvatiyalı futbolçusu ilə yollarını ayırıb

“Neftçi” xorvatiyalı futbolçusu ilə yollarını ayırıb
# 10 noyabr 2016 09:55 (UTC +04:00)

"Neftçi” xorvatiyalı futbolçu Dario Melnyak ilə icarə müqaviləsinə xitam verib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.

Müdafiəçi müqavilə ilə məxsus olduğu Belçikanın "Lokeren” klubuna qayıdıb.

Qeyd edək ki, Melnyak bir müddət öncə Krşevan Santini, Vançe Şikov, Jayro Rodriges və Denilson Pereyra ilə birlikdə əvəzedici heyətə göndərilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR