Ucarda narkotik istifadəsi və satışı ilə məşğul olan şəxslər tutulub

Ucarda narkotik istifadəsi və satışı ilə məşğul olan şəxslər tutulub
# 15 yanvar 2018 10:04 (UTC +04:00)

Ucarda narkotik maddələrin istifadəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

APA-nin yerli bürosunun xəbərinə görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yuxarı Şilyan kənd sakini,1982-ci il təvəllüdlü Sadəddin İmaməddin oğlu Qasımovun yaşadığı evə baxış keçirilib.

Evin həyətindən 21 kibrit qutusunda ümumi çəkisi 116 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdiyi digər əməliyyat nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Roman Tarif oğlu Həsənov 0, 175 qram heroini həmyerlisi, 1982-ci il təvəllüdlü Etibar Xudaverdi oğlu Rüstəmova satarkən tutulub.

R. Həsənovun üzərinə baxış keçirilərkən ondan 2 bükümdə ümumi çəkisi 0,320 qram heroin aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Ucar rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR