SOCAR "Azerbaijan Metanol Company" MMC-nin ("AzMeCo") alınması üçün "Aqrarkredit" QSC-yə 394 mln. manat ilkin ödəniş edib.
"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatında bildirilir.
Qeyd edək ki, "AzMeCo" hələ də SOCAR-ın balansına keçməyib.
Bundan öncə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib ki, "AzMeCo" SOCAR-a birbaşa satılacaq, əqdin dəyəri 520 mln. dollardır.