ARDNF-nin investisiya portfelinin 47%-i dollardadır

ARDNF-nin investisiya portfelinin 47%-i dollardadır
# 08 fevral 2018 09:36 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin böyük hissəsi dollarda saxlanılır.

APA-Economics” xəbər verir ki, bu barədə ARDNF-nin yaydığı illik hesabatda qeyd olunub.

Məlumata əsasən, 2017-ci ilin sonuna fondun aktivlərinin həcmi 35 mlrd. 806,5 mln. dollar təşkil edib ki, bunun da 6,7 mln. dolları Azərbaycan manatında, qalanı isə digər valyutalarda saxlanılır.

Fondun investisiya portfeli ötən ilin sonuna 35 mlrd. 799,9 mln. dollara bərabər olub. İnvestisiya portfelinin 16 mlrd. 868,3 mln. dolları və ya 47,1%-i ABŞ dollarında, 35,7%- avroda, 5,1%-i İngilis funt sterlinqdə, 0,7%-i Avstraliya dollarında, 1%-i Türkiyə lirəsində, 1,1%-i Rusiya rublunda, 1,3%-i Koreya vonunda, 1,4%-i Çin yuanında, 1,5%-i Yaponiya yenində, 1,6%- digər valyutalarda, 3,5%-isə qızıldadır.

Bundan başqa, fondun investisiya portfelinin 38,4%-i Avropa ölkələrinin, 27,87%-i Şimali Amerika, 26,05%-i Asiya-Sakit Okean hövzəsi ölkələrinin, qalanı isə digər ölkəlrin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR