Aeroport yolunda zəncirvari qəza baş verib, xəsarət alan var

Aeroport yolunda zəncirvari qəza baş verib, xəsarət alan var
# 26 dekabr 2019 05:28 (UTC +04:00)

Bakının Suraxanı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza aeroport şosesində qeydə alınıb.

Bir neçə minik avtomobilinin toqquşması zamanı sürücülərdən biri - 1963-cü il təvəllüdlü Bayramzadə Rafiq Əyyub oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası, qarının küt travması diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR