Kvirikaşvili: "Ölkənin təbii fəlakətlərə hazırlıq səviyyəsindən asılı olmayaraq, regional əməkdaşlıq vacibdir”

Kvirikaşvili: "Ölkənin təbii fəlakətlərə hazırlıq səviyyəsindən asılı olmayaraq, regional əməkdaşlıq vacibdir”
# 31 avqust 2017 09:31 (UTC +04:00)

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Borjomi-Xaraquli qoruğunda baş vermiş yanğının söndürülməsində iştirak etmiş qonşu ölkələrə təşəkkür edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, baş nazir bu barədə hökumətin iclasında deyib.

“Mən təbii fəlakətin aradan qaldırılmasında iştirak etmiş qonşu ölkələrə təşəkkür etmək istəyirəm. Bu ölkələr Türkiyə, Azərbaycan, Ermənistan və Belarusdur. Ölkənin bu cür təbii fəlakətə nə qədər yaxşı hazır olmasından asılı olmayaraq, regional əməkdaşlıq vacibdir”, - deyə G.Kvirikaşvili söyləyib.


Hökumət başçısı Rusiyanın yanğınların söndürülməsinə cəlb olunması məsələsinə də toxunub: “Rusiyanın yanğınların söndürülməsinə cəlb olunması ilə bağlı bir çox spekulyasiyalar eşitmişəm. Bizim üçün ölkə maraqlarının müdafiəsi çox vacibdir. Mənim baş nazir kimi ehtiyatda bütün lazımı imkanlarım olmalıdır. Təbii fəlakətin daha böyük miqyas alacağı ilə bağlı təhlükə var idi”.


G.Kvirikaşvilinin sözlərinə görə, ilkin məlumatlara əsasən Borjomi dərəsində yanğın nəticəsində 200 hektara yaxın sahə yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR