Masallıda məscidin seyfindən xeyli miqdarda pul oğurlayan şəxslər tutulub

Masallıda məscidin seyfindən xeyli miqdarda pul oğurlayan şəxslər tutulub
# 02 may 2018 09:33 (UTC +04:00)

Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən xeyli miqdarda pul oğurlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də Aşurlu kənd məscidindəki seyfdən 2300 manat, 1300 ABŞ dolları və 16400 rubl (440 manat) oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Əli Zeynalov və Nizami Mahmudov saxlanılıblar.

Onların əvvəllər də məhkum olunduqları bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR