Kolumbiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açacaq

Kolumbiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açacaq
# 05 aprel 2017 08:37 (UTC +04:00)

Kolumbiyanın Azərbaycandakı səfirliyində bu ölkədə baş vermiş faciə ilə bağlı xatirə kitabı açılacaq.

Səfirlikdən APA-ya verilən məlumata görə, kitab aprelin 5-də, 6-da və 7-də saat 12:00-dan 17:00-a kimi açıq olacaq.

Qeyd edək ki, aprelin 2-də Kolumbiyanın Putumayo departamentində leysanlar nəticəsində Mokoa çayı daşıb. Sel fəakəti nəticəsində 290-dan çox insan ölüb, 200-dən çox sakin itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR