Paşha Bank
Bank Of Baku

Ağsuda şadlıq sarayının sahibi cərimələnib

Ağsuda şadlıq sarayının sahibi cərimələnib
# 11 dekabr 2021 10:04 (UTC +04:00)

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı toy mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, şəhər ərazisində yerləşən “Gözəl Ağsu” şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar obyekti işlədən Elnur Abbasov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR