Rusiyada prezidentin səlahiyyətli nümayəndəsi olmuş şəxs saxlanılıb

Rusiyada prezidentin səlahiyyətli nümayəndəsi olmuş şəxs saxlanılıb
# 30 yanvar 2017 11:01 (UTC +04:00)

Rusiya prezidentinin Saxalin vilayəti üzrə səlahiyyətli nümayəndəsi olmuş Vitali Quliy ekstremizmdə şübhəli bilinərək saxlanılıb.

APA-nın “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onu Moskva-Kişinyov təyyarəsindən düşürüblər.

Vəkil Daqir Həsənovun sözlərinə görə, sabiq məmurun saxlanılmasına səbəb onun müəllifi olduğu kitab olub. O qeyd edib ki, cinayət işi nifrət və düşmənçilik hisslərinin aşılanması maddəsi ilə açılıb.

Qeyd edək ki, V. Quliy 1991-1993-cü illərdə Boris Yeltsinin Saxalin vilayəti üzrə səlahiyyətli nümayəndəsi olub. Sonra prezident administrasiyasında şöbə müdiri, bölgələrdə prezidentin səlahiyyətli nümayəndələrinin fəaliyyətinin koordinasiyası üzrə idarə rəisinin müavini vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR