Elmar Məmmədyarov: “Fəaliyyətində nöqsanlara yol verənlərə qarşı ən sərt tədbirlər görüləcək” - VİDEO

Elmar Məmmədyarov: “Fəaliyyətində nöqsanlara yol verənlərə qarşı ən sərt tədbirlər görüləcək” - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2015 18:55 (UTC +04:00)

Bakı-APA. “Bütün dövlət qurumlarında olduğu kimi xarici işlər nazirliyində də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcəkdir.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov TDƏŞ-in Astanada keçiriləcək xarici işlər nazirlərinin şurasında iştirak etmək üçün Qazaxıstana yola düşməzdən əvvəl KİV nümayəndələrinə açıqlamasında bildirib.

“Möhtərəm cənab Prezidentin apardığı uğurlu xarici siyasət kursundan narahat olan dairələr bilməlidirlər ki, xarici işlər nazirliyində və xaricdəki, o cümlədən dünyanın ən qaynar bölgələrindəki diplomatik nümayəndəliklərimizdə cənab Prezidentimizin bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirən, dövlətçiliyə sədaqətli kifayət qədər peşəkar diplomatlarımız xidmət edir”, deyə Elmar Məmmədyarov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR