Bakı - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
Partiyadan APA-ya verilən məlumata görə, sessiyada qərarların icrası, KXCP-nin 3-cü qurultayına hazırlığın vəziyyəti, ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib.
Müzakirələrin yekununda Qurultaya Hazırlıq işləri üzrə Təşkilat Komitəsinin təklifi əsasında KXCP-nin növbəti 3-cü qurultayının avqsutun 1-də Bakı şəhərində keçirilməsi qərara alınıb.
Sessiyada qarşıdan gələn parlament seçkiləri ilə bağlı da müzakirələr aparılıb.