KXCP qurultayını avqustun 1-nə təyin edib

KXCP qurultayını avqustun 1-nə təyin edib
# 28 iyun 2015 12:52 (UTC +04:00)

Bakı - APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, sessiyada qərarların icrası, KXCP-nin 3-cü qurultayına hazırlığın vəziyyəti, ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib.

Müzakirələrin yekununda Qurultaya Hazırlıq işləri üzrə Təşkilat Komitəsinin təklifi əsasında KXCP-nin növbəti 3-cü qurultayının avqsutun 1-də Bakı şəhərində keçirilməsi qərara alınıb.

Sessiyada qarşıdan gələn parlament seçkiləri ilə bağlı da müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR