Aydın Əliyev konsaltinq şirkətlərini gömrük proseslərini monitorinq etməyə dəvət edib

Aydın Əliyev konsaltinq şirkətlərini gömrük proseslərini monitorinq etməyə dəvət edib
# 02 fevral 2018 10:48 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev konsaltinq şirkətlərini gömrük proseslərini monitorinq etməyə dəvət edib.

APA-Economicsin məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanda Amerika Ticarət Palatasının bu gün təşkil etdiyi işgüzar naharda deyib.

Onun sözlərinə, şirkətlər bir qrup yaradaraq gömrük qiymətləndirilməsi apara, ticarət dövriyyəsinin sürətləndirilməsi ilə bağlı məsləhət və təkliflərini verə bilərlər: "Bu həm gömrük işinin şəffaflığının daha da artırılmasına, həm də yeni təkliflər əsasında təkmilləşdirilməyə imkan yaradacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR