Bakıda dilənçiliklə məşğul olan şəxslərə qarşı reyd keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olduqlarına görə 24 nəfər – 9 qadın və 15 azyaşlı saxlanılıb və barələrində protokollar tərtib edilib.