Ötən il üçün qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb

Ötən il üçün qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb
# 18 yanvar 2018 09:45 (UTC +04:00)

“İxrac İcmalı”nın 2018-ci ilin yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, 2017-ci ildə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (83,4 mln $), “Baku Steel Company” MMC (60 mln $), “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (40.2 mln $), “Sun Food” MMC (28.5 mln $), “MKT İstehsalat Kommersiya” MMC (27.8 mln $), "Aqrodoctor" MMC (26.1 mln $), "VN Food Export Import Company" MMC (23.8 mln $), "Azagroeksport 2017" MMC ( 23.3 mln $), “Food Export Şəmkir” MMC (20.2 mln $) və “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC (19.6 mln $) təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” (155 mln $), “Det-al Alüminium” MMC (103.5 mln $), “Azergold” QS (77.3 mln $), “Azərenerji” ASC ( 50 mln $), “SOCAR Methanol” MMC (43 mln $), “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC (32.3 mln $), “Geofizika və Geologiya İdarəsi” (3.7 mln $), "Azərbaycan Hava Yolları" QSC (1.7 mln $), “Naxçıvan MR Dövlət Energetika Xidməti”(1.2 mln $) və “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC (0.76 mln $) təmsil olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR