Qazaxıstan Azərbaycanla vergi sahəsində əməkdaşlığının genişlənməsinə dair qanun layihəsini təsdiqləyib

 Qazaxıstan Azərbaycanla vergi sahəsində əməkdaşlığının genişlənməsinə dair qanun layihəsini təsdiqləyib
# 17 yanvar 2018 07:37 (UTC +04:00)

Qazaxıstan parlamenti “Qazaxıstan və Azərbaycan arasında vergi sahəsində əməkdaşlığının genişlənməsi haqqında” qanun layihəsini təsdiqləyib.

APA-Economics”in “Kazİnform” agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov bildirib ki, ikiqat vergitutmanın ləğvini nəzərdə tutuan sənəd iki ölkə arasında vergi xidmətlərinin informasiya mübadiləsini genişləndirmək yolu ilə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan verəcək.

Onun sözlərinə görə, vergi öhdəliyindən yayınma və konvensiyanın müddəalarının sui-istifadəsi halları aşkar edildikdə qanunvericilik çərçivəsində tədbirlər görüləcək: “Həmçinin, bu sənəd iki dövlət arasında vergitutma məsələlərində qanunverici baza olacaq. Son 10 ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 2,8 mlrd. ABŞ dolları təşkil edib. Qazaxıstanın əsas ixracı taxıl, xam neft məhsulları, dəmir borulardır. İdxalın strukturunda isə şəkər və meşə fındığı üstünlük təşkil edir”.

Qazaxıstanlı nazir qeyd edib ki, son 10 ildə Azərbaycanın Qazaxıstana yatırdığı investisiyaların həcmi 168 mln. ABŞ dolları təşkil edib: “Bu müddət ərzində Qazaxıstandan Azərbaycana isə 20 milyon dollar məbləğində investisiya yatırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR