Səfir: "Prezident Tramp da dəfələrlə qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayır"

Səfir: "Prezident Tramp da dəfələrlə qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayır"
# 16 noyabr 2017 13:59 (UTC +04:00)

"ABŞ Azərbaycan və digər ölkələrlə qlobal enerji təhlükəsizliyini təmin etmək üçün fəal şəkildə çalışır".

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin bu gün Amerika Ticarət Palatasının tədbirində də qeyd etdiyi kimi, ABŞ şirkətləri Azərbaycanda karbohidrogen resurslarının işlənməsində fəal olub: "Prezident Tramp da dəfələrlə qeyd edib ki, Azərbaycan regional, qlobal enerji təhlükəsizliyi məsələlərində önəmli rol oynayır. Biz bu rolun davam etməsi üçün Azərbaycanla birgə fəaliyyətimizi davam etdiririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR