İŞİD Bağdaddakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB-1

İŞİD Bağdaddakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb - <span style="color: red;">YENİLƏNİB-1
# 27 noyabr 2017 22:16 (UTC +04:00)

İŞİD terror qruplaşması İraqın paytaxtı Bağdadda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Al Mayadeen” telekanalı xəbər verib.

Son məlumatlara əsasən, adisə nəticəsində 17 nəfər ölüb, 28 nəfər yaralanıb. İraqın Daxili işlər nazirliyindən bildirilib ki, iki terrorçu avtomat silahlardan dinc sakinlərə atəş açıb. Polis əməkdaşları silahlılardan birini məhv edib, digəri özünü partladıb.

***

23:26

İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı İraqın Daxili işlər nazirliyinə istinadən xəbər verib.

Terrorçu-kamikadzelərin hücumu zamanı azı 30 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

***

22:56

İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində 9 dinc sakin ölüb və yaxud yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident şəhərin cənub-qərb hissəsində qeydə alınıb.

Parlayış terrorçu-kamikadze tərəfindən törədilib. İlkin məlumata əsasən, terrorçu-kamikadzelərdən biri özünü partladıb, digəri hərbçilər tərəfindən zərərsizləşdirilib.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR