Türkiyənin daxili işlər naziri: “Cizrədə 32 terrorçu məhv edilib”

Türkiyənin daxili işlər naziri: “Cizrədə 32 terrorçu məhv edilib”
# 10 sentyabr 2015 14:28 (UTC +04:00)

APA-nın “milliyet.com.tr” saytına istinadən yaydığı xəbərə görə, S. Altınok Cizrədə komendant saatı elan olunduğunu xatırladıb: “Cizrədə aparılan əməliyyatlarda məqsəd terror aktlarına son qoyulması, minalanmış ərazilərin təmizlənməsi və dövlət hakimiyyətini bərqərar etmək məqsədi daşıyır. Təhlükəsizlik qüvvələrimiz mülki əhalinin zərər görməməsi üçün maksimum diqqət göstərir. Əməliyyatlar nəticəsində 800 kq partlayıcı maddə zərərsizləşdirilib, terrorçuların yollarda qazdığı 30 xəndək doldurulub. Qüvvələrimizə doğru 21 qumbaraatan mərmisi atılıb, 6 ədəd zirehli texnika sıradan çıxıb. 32 terrorçu məhv edilib. Cizrədəki əməliyyatları ən qısa müddətdə yekunlaşdırıb, küçəyə çıxma yasağını ləğv edəcəyik”.

Qeyd edək ki, Cizrədə əməliyyatlar sentyabrın 4-də başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR