Hava nəqliyyatı sektorunda xidmətlərdən 475 mln. manat gəlir əldə olunub

Hava nəqliyyatı sektorunda xidmətlərdən 475 mln. manat gəlir əldə olunub
# 21 may 2018 12:17 (UTC +04:00)

2018-ci ilin I rübündə hava nəqliyyatında 50,8 min ton yük daşınıb ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 35,47% artım deməkdir.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin yanvar-mart aylarında hava nəqliyyatı sektorunda yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,59% artaraq 225,3 mln. ton-km təşkil edib.

Bundan əlavə, hava nəqliyyatında 475,9 min sərnişin daşınıb ki, bu da 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 35,1% çox deməkdir.

Hava nəqliyyatı sektorunda iqtisadi fəaliyyət növləri üzrə xidmətlərin göstərilməsindən 475 mln. 601,5 min manat vəsait əldə olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,92% çoxdur.

2018-ci ilin yanvar-mart aylarında hava sektorda çalışan işçilərin sayı ötən illə müqayisədə 2,29% artaraq 12 416 nəfər təşkil edib.

Bu sahədə çalışan işçilərin orta aylıq əmək haqqı 1 078,2 manat təşkil edib. Bu isə analoji dövr ilə müqayisədə 11,34% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR