Azərbaycan və Aİ arasında videokonfrans vasitəsilə danışıqlar aparılır

Azərbaycan və Aİ arasında videokonfrans vasitəsilə danışıqlar aparılır
# 16 mart 2018 10:05 (UTC +04:00)

Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların növbəti mərhələsi bu gün videokonfrans vasitəsilə keçirilir.

APA-nın xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib. O bildirib ki, sazişin sektoral hissəsi üzrə danışıqlar aparılır. Səfir qeyd edib ki, danışıqların növbəti mərhələsi Bakıda keçiriləcək və Brüsseldən nümayəndə heyəti gələcək: "Müzakirələrin ən yaxın vaxtda baş tutacağına ümid edirik".

K. Yankauskas vurğulayıb ki, tezliklə sazişin başa çatdırılması üçün intensiv işləməyə hazırdırlar: "Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin bu yaxınlarda Brüsseldə söylədiyi kimi, saziş üzrə danışıqlar bu il başa çata bilər".

K. Yankauskasın sözlərinə görə, digər sahələr üzrə danışıqlar üçün tarix müəyyənləşməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR