İlk bitkoin milyarderləri məlum olub

İlk bitkoin milyarderləri məlum olub
# 03 dekabr 2017 13:57 (UTC +04:00)

Əkiz qardaşlar Kameron və Teylor Uinklvossov bitkoinə qoyduqları sərmayə nəticəsində bu sahədə ilk milyarder olublar.

APA-nın Böyük Britaniyanın "Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, Uinklvossov qardaşları 2013-cü ildə 11 milyon dollar müqabilində dünyadakı bitkoin ehtiyatlarının 1 faizini alıblar.

Həmin vaxt 1 bitkoinin dəyəri 120 dollar olub. Ötən dövr ərzində bitkoinin dəyər 100 dəfəyə qədər artıb və hazırda 11 min 594 dollar təşkil edir. Beləliklə, 4 il əvvəl Uinklvossov qardaşlarının bitkoinə qoyduğu sərmayə onların milyarderə çevrilməsinə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR