Baş nazir: "Türkiyə enerji mərkəzinə çevrilir"

Baş nazir: "Türkiyə enerji mərkəzinə çevrilir"
# 11 oktyabr 2016 14:07 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verən TANAP layihəsinin tikintisi sürətlə davam edir". "APA-Economics" xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı bildirib.


"TANAP Yunanıstan sərhədindən TAP layihəsinə birləşərək İtaliyayadək uzanacaq. Region ölkələrinin bir-birinə bağlılığı nə qədər artarsa, bölgə bir o qədər sülh içində yaşayacaq, anlaşılmazlıqlar aradan qaldırılacaq", - deyə baş nazir bildirib.

O əlavə edib ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin də inşası uğurla davam etdirilir. "Bu layihələr Türkiyəni enerji mərkəzinə çevirəcək", - deyə B. Yıldırım qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR