Bakıda sürücü avtomobili hasara çırpıb, ölən və xəsarət alanlar var

Bakıda sürücü avtomobili hasara çırpıb, ölən və xəsarət alanlar var
# 02 may 2018 10:00 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 2-də saat 01.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna vurub.

Nəticədə sürücü və sərnişinlərindən qəsəbə sakini Elçin Tağıyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR