Bu ilin sonundan TANAP layihəsi üzrə əməliyyat işlərinə başlanacaq

Bu ilin sonundan TANAP layihəsi üzrə əməliyyat işlərinə başlanacaq
# 18 fevral 2017 08:53 (UTC +04:00)

"Bu il Petkim Külək Enerjisi Stansiyasında əməliyyatlara başlamağı hədəfləyirik".

"APA-Economics" xəbər verir ki, bunu "SOCAR Türkiye Enerji A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov “Energy Bussines” jurnalına bildirib.

Z.Qəhrəmanovun sözlərinə görə, eyni zamanda “Petlim” Konteyner Terminalının ikinci fazasının da tikintisinin başa çatdırılması planlaşdırılır.

“Bundan başqa, STAR neft emalı zavodunun inşaat və mühəndislik işlərinin böyük hissəsi 2017-ci ildə tamamlanacaq. TANAP layihəsində isə ilin sonundan başlayaraq inşaat işlərindən əməliyyat işlərinə keçməyi planlaşdırırıq”, - deyə baş icraçı direktor əlavə edib.

Bu il Petkim Külək Enerjisi Stansiyasında əməliyyatlara başlayacağımızı hədəfləyirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR