Nazir müavini: ”SOCAR-Polymer”in ətrafında yeni klasterlər yaradıla bilər"

Nazir müavini: ”SOCAR-Polymer”in ətrafında yeni klasterlər yaradıla bilər"
# 28 iyul 2018 09:43 (UTC +04:00)

"Son illər Azərbaycanda sənaye uğurla inkişaf edir".

APA-Economics”in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 1,3%, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi 9 faiz artıb.

Nazir müavini bildirib ki, Azərbaycan təbii ehtiyatlarla zəngin ölkədir: “Əsas məqsəd bu təbii ehtiyatların səmərəli istifadəsi, onların emalının təşkil edilməsi və dəyər zəncirin əldə edilməsidir. “SOCAR-Polymer” bu sahədə önəmli rol oynayır".

O qeyd edib ki, sənayenin inkişafında Sumqayıt Kimya Sənaye Parkı da böyük rol oynayıb: “Prezident İlham Əliyevin tapşırıqlarından biri də ölkədə sənayenin inkişafına təkan verməkdir. “SOCAR-Polymer” qeyri-neft sektorunda həyata keçirilən ən iri layihədir. Ölkədə dəyər zəncirinin qurulmasında “SOCAR-Polymer”in çox əhəmiyyətli rolu mövcuddur. ”SOCAR-Polymer”in ətrafında klasterlər yaradıla bilər ki, bu da ölkə iqtisadiyyatın müstəsna inkişafına dəstək olacaq".

N. Səfərov vurğulayıb ki, bu gün şirkətlər və sahibkarlar arasında imzalanacaq müqavilələr sənayenin və iqtisadiyyatın inkişafına çox böyük töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR