"Bank Avrasiya" öhdəliklərini 7,5% artırıb

"Bank Avrasiya" öhdəliklərini 7,5% artırıb
# 25 oktyabr 2016 09:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bank Avrasiya" ASC-nin aktivlərinin həcmi 2016-cı ilin III rübündə 135,729 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 10,1% çoxdur.

"APA-Economics" xəbər verir ki, cari ilin oktyabrın 1-nə bankın kredit portfeli 4,1% artaraq 83,220 mln. manata çatıb.

Cari ilin 9 ayı ərzində bankın öhdəlikləri 7,5% artaraq 77,599 mln. manat olub. Bankın depozit portfeli 8,4% artaraq 31,65 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 13,6% artaraq 58,130 mln. manat, nizamnamə kapitalı isə dəyişməyərək 50 mln. manat olub.

Son 9 ayda bankın gəlirləri 11,561 mln. manat, xərcləri isə 5,038 mln. manat təşkil edib.

"Bank Avrasiya" III rübü 6 mln. 696,5 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR