Şəki və Xaçmazda toxum emal edən fabriklər tikiləcək

Şəki və Xaçmazda toxum emal edən fabriklər tikiləcək
# 14 noyabr 2017 05:40 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun keçirdiyi tenderin iki qalibi elan olunub.

"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, Fondun malların (işlərin, xidmətlərin) satınalınması məqsədilə 2017-ci il avqustun 31-də keçirilmiş 2 lotdan ibarət təkliflər sorğusunda Lot-1. Şəki rayonunda toxum emal edən fabrik, anbar və yardımçı tikililərin satınalınması üzrə qalib "Qərazən" MMC, Lot-2. Xaçmaz rayonunda toxum emal edən fabrik, anbar və yardımçı tikililərin satınalınması üzrə isə qalib "Bayramlı Construction" MMC olub.


Qalib şirkətlərlə noyabrın 10-da müvafiq satınalma müqavilələri imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR