Azərbaycan prezidenti yunanıstanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti yunanıstanlı həmkarına başsağlığı verib
# 24 iyul 2018 17:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yunanıstanlı həmkarı Prokopis Pavlopulosa başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Afina yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR