Şirvan şəhərində çayda batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

 Şirvan şəhərində çayda batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib
# 20 iyul 2015 15:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan şəhərində çayda batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində Kür çayında (“Əli Bayramlı” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR