Jilkin: "Azərbaycan İş Mərkəzinin açılması əhəmiyyətli hadisədir"

Jilkin: "Azərbaycan İş Mərkəzinin açılması əhəmiyyətli hadisədir"
# 31 may 2018 15:48 (UTC +04:00)

"Bu gün möhtəşəm gündür. Həştərxan vilayətində Azərbaycan İş Mərkəzi açılır. Bu, Həştərxan vilayəti ilə Azərbaycan arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli hadisədir".

APA-nın Rusiya bürosunun məlumatına görə, bu sözləri Azərbaycan İş Mərkəzinin açılışında Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin deyib.


Qubernator analoji mərkəzin Azərbaycanda da inşa olunduğunu söyləyib: "Qeyd etmək istəyirəm ki, Azərbaycanın hörmətli prezidentinin sərəncamı ilə Bakıda da Həştərxanın sahibkarlarının təmsil olunacağı belə mərkəz tikilir. Bu iki mərkəz Azərbaycanla Həştərxan arasında iqtisadi sahədə əməkdaşlığı artırmağa imkan verəcək".


A. Jilkin Azərbaycan prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbərliyinə Həştərxan vilayətində həyata keçirilən layihələrə görə dərin minnətdarlığını bildirib: "Azərbaycan tərəfindən Həştərxan vilayətinə göstərilən münasibətin tarixi var. Mən Leyla Əliyeva ilə görüşdə də dedim, ilk dəfə 1558-ci ildə azərbaycanlı tacirlər kütləvi şəkildə Həştərxana gəliblər. İlk dəfə onlar Azərbaycanın məhsullarının satışını Rusiya bazarında təşkil ediblər. Azərbaycan İş Mərkəzinin açılışı münasibətilə həm özümüzü, həm də Azərbaycan tərəfini ürəkdən təbrik edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR