Gürcüstan XİN Ermənistan səfirinin təyinatı ilə bağı yayılmış xəbərlərə münasibət bildirib

Gürcüstan XİN Ermənistan səfirinin təyinatı ilə bağı yayılmış xəbərlərə münasibət bildirib
# 04 oktyabr 2017 13:58 (UTC +04:00)

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Sergey Minasyanın Ermənistanın səfiri təyin olunmasına aqreman verməməsi ilə bağlı yayılmış xəbərə münasibət bildirib.

APA-nın yerli bürosunun məlumatına görə, XİN-dən bildirilib ki, səfirlərlə bağlı qəbul olunan qərarlar ictimaiyyətə açıq olur: “Səfirlərlə bağlı qərar veriləndə, bu, həmişə ictimaiyyətə açıq olur və məsələ ilə bağlı hər hansı bir spekulyasiya yersizdir”.

Qeyd edək ki, Ermənistanın “Jamanak” qəzetinin məlumatına görə, Gürcüstan hökuməti Ermənistanın səfir təyin etməyi planlaşdırdığı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyanın namizədliyinə etiraz edir və bu şəxsi arzuolunmaz sayır. Qəzetin yazdığına görə, Gürcüstan tərəfində ciddi şübhə var ki, S. Minasyan bu ölkədə Ermənistanı deyil, Rusiyanı təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR