Gürcüstanda azərbaycanlı xalq qəhrəmanına abidənin ucaldılması ilə bağlı müzakirələr davam etdirilir

Gürcüstanda azərbaycanlı xalq qəhrəmanına abidənin ucaldılması ilə bağlı müzakirələr davam etdirilir
# 24 may 2018 18:11 (UTC +04:00)

“Gürcüstanda azərbaycanlı xalq qəhrəmanı Xudu Borçalının heykəlinin ucaldılması ilə bağlı müzakirələr davam etdirilir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın mədəniyyət və idman nazirinin müşaviri Giorgi Gegeçkori bildirib.

O deyib ki, abidə layhəsi ilə bağlı sir sıra müzakirələr aparılıb: “Abidənin müəllifi tanınmış gürcü heykəltaraşı Georgi Jqentidir. Layihəyə əsasən Xudu Borçalının heykəlinin arxasında Gürcüstan uğrunda canlarından keçmiş azərbaycanlıların soyadlarının yazıldığı lövhə olacaq”.

G. Gegeçkori Xudu Borçalıya həsr olunmuş abidə kompleksinin yaxın gələcəkdə açılışının olacağına ümid etdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR